Füzuli rayonunda monitorinq insidentsiz ötüşüb

Füzuli rayonunda monitorinq insidentsiz ötüşüb

ATƏT-in Füzuli rayonunda monitorinqi baş tutub. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, oktyabrın 9-da Füzuli rayonu, Aşağı Veysəlli kəndinin yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Qeyd edək ki, monitorinqi Azərbaycan tərəfdə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anji Kaspşik, onun səhra köməkçiləri Yevgeni Şarov və Peter Svedberq, təmas xəttinin qarşı tərəfində isə monitorinqi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Xristo Xristov və Jiri Aberle keçiriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə