BQXK Ukraynada fəaliyyətini dayandırıb

BQXK Ukraynada fəaliyyətini dayandırıb

Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) əməkdaşının Donbasda həlak olması səbəbindən Ukraynanın bütün ərazisində fəaliyyətini bir neçə günlük dayandırıb. SİA-nın xəbərinə görə, bu barədə "RİA Novosti" məlumat yayıb.

"Biz əməliyyat fəaliyyətimizi bir neçə günlük dayandırdıq. Bizim üçün hazırda ən əsas məsələlər – Donetskdə olan nümayəndələrimizin təhlükəsizliyini və həlak olan əməkdaşımızın cənazəsinin İsveçrədəki ailəsinə tez bir zamanda çatdırılmasını təmin etməkdir", deyə BQXK-nın Ukraynadakı mətbuat katibi Alina Mirzoyeva bildirib.

Xatırladaq ki, BQXK əməkdaşı, 38 yaşlı İsveçrə vətəndaşı Loran Etyen dü Paskye oktyabrın 2-də Donetsk mərkəzinin atəşə tutulması nəticəsində həlak olub.

Rəsmi Kiyev baş vermiş hadisədə separatçıları günahlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə