Vüqar Rəhimzadə: “IV Bakı Humanitar Forumu çox uğurlu bir hadisədir” AÇIQLAMA
"IV Bakı Humanitar Forumu Azərbaycan hökumətinin və bütövlükdə dövlətimizin dünya birliyində yüksək nüfuz sahibi olmasından xəbər verir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bu gün Bakıda öz işinə başlayan IV Bakı Humanitar Forumunun əhəmiyyətindən danışarkən deyib.
YAP rəsmisinin sözlərinə görə, Forumda dünyanın bir çox ölkələrinin dövlət, hökumət başçılarının və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı Azərbaycanın sürətli inkişafını, qüdrətini, nüfuzunun günü-gündən artmasını göstərir. Sevindirici haldır ki, bu gün dünya birliyi ölkəmizdə gedən proseslərin, uğurlu inkişafının şahidi olurlar və bunu öz gözləri ilə görürlər. Ümumiyyətlə Azərbaycanda keçirilən növbəti Forum ölkəmizdə və dünya tarixində mühüm hadisələrdən biridir. Bu Forum sabah müxtəlif sahələr, bölmələr üzrə panellərdə davam etdiriləcək. Hesab edirəm ki, biz bununla həm Azərbaycanın daxilində olan uğurlu siyasəti, həm də ölkəmizin qüdrətli olmasını təsdiq edirik. Düşünürəm ki, dünya ölkələrindən nümayəndə heyətinin Azərbaycana gəlməsi, onların IV Bakı Humanitar Forumunda iştirakı ölkəmizin reallıqlarını öz gözləri ilə görməsi, hesab edirəm edirəm ki, çox uğurlu bir hadisədir. Bu baxımdan Forum ölkəmiz üçün çox əhəmiyyətli və dəyərlidir.
Bu Forum cənab Prezident İlham Əliyevin rəhbərliyi altında dünyada müasir, qüdrətli Azərbaycanın yüksək xətlə inkişafını, dünya birliyində layiqli yer tutmasını təsdiq edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB