Alman publisist: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"

Alman publisist: "Ermənistana qarşı sanksiyalar tətbiq olunmalıdır"

Azərbaycan torpaqlarını işğaldan azad etməyə məcbur etmək üçün Ermənistana qarşı sanksiyalar tətbiq etmək lazımdır. SİA-nın xəbərinə görə, bunu Bakıda Almaniya-Azərbaycan forumunun Qəyyumlar Şurasının sədri, publisist Riçard Kisler bildirib.

Onun sözlərinə görə, Ermənistan zəif dövlətdir, ermənilərin əksəriyyəti öz ölkələrinin hüdudlarından kənarda yaşayırlar, Ermənistanda daxili vəziyyət isə acınacaqlıdır: "Beynəlxalq ictimaiyyət tərəfindən Ermənistana daha çox təzyiq göstərilməlidir".

R.Kisler qeyd dib ki, bu, indiyədək edilməyib, çünki Ermənistanı başqa ölkələrdəki, xüsusilə də Fransa və ABŞ-dakı güclü erməni lobbisi dəstəkləyir: "Mən ikili standartlar görürəm və bu yaxşı hal deyil. Beynəlxalq birlik Azərbaycan torpaqlarının 20 faizinin işğal altında olduğunu unutmamalı və bu problemi həll etməkdən ötrü daha fəal addımlar atmalıdır. Dağlıq Qarabağ münaqişəsinə dondurulmuş münaqişə kimi baxmaq lazım deyil, çünki bu, əslində qaynar münaqişədir. Ermənistan atəşkəs rejimini dəfələrlə pozub, bu da çoxlu sayda insan tələfatına səbəb olub".

R. Kisler hesab edirəm ki, beynəlxalq birlik bu çox təhlükəli münaqişənin həlli üçün daha çox iş görməli, yeni səylər göstərməli, həmçinin ATƏT-in Minsk qrupu münaqişənin nziamlanması üçün səylərini artırmalıdır: "Azərbaycan çox uğurla inkişaf edir və ölkədə sosial vəziyyət getdikcə yaxşılaşır. Bu, təkcə Bakıda deyil, kənd yerlərində də baş verir. Mən ildən-ilə görürəm ki, Azərbaycanda vəziyyət getdikcə daha da yaxşılaşır".

Bütün xəbərlər Facebook səhifəmizdə