"Sərəncam yerində və düzgün verilmiş qərardır" AÇIQLAMA

"Sərəncam yerində və düzgün verilmiş qərardır" AÇIQLAMA

"Prezident İlham Əliyevin "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" Sərəncamı Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə bağlı Azərbaycan hökumətinin fəaliyyət konsepsiyasının tərkib hissəsidir". Bunu SİA-ya Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu dövlətimizin başçısının imzaladığı Sərəncamı şərh edərkən deyib.

O bildirib ki, sərəncamın imzalanması yerində və düzgün verilmiş qərardır: "Son dövrlərdə baş verən hadisələrdən lazımi nəticələr çıxarıldı və buna uyğun olaraq da Prezident İlham Əliyev tərəfindən sərəncam imzalandı. Yaxın zamanlarda Azərbaycan ordusu Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş torpaqlarımızın azad olunması istiqamətində daha yüksək hazırlıq səviyyəsi nümayiş etdirəcək. Dövlət başçısının sərəncamı buna daha geniş şərait yaratmış oldu. Bu ilin avqust ayında Azərbaycan və Ermənistan cəbhə xəttində baş verən xoşagəlməz haldan sonra belə bir nəticəyə gəlindi ki, bu məsələləri aradan qaldırmaqdan ötrü müəyyən addımlar atılsın. Ölkə başçısı tərəfindən imzalanan sənəd bütün bu çatışmazlıqların aradan qaldırılmasında mühüm rol oynayacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə