Sərdar Cəlaloğlu rusiyalı politoloqa cavab verdi

Sərdar Cəlaloğlu rusiyalı politoloqa cavab verdi

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu rusiyalı politoloq Pavel Klaçkovun onun haqqında söylədiyi fikirlərə cavab verib. Bu barədə SİA-ya açıqlama verən Sərdar Cəlaloğlu bildirib ki, Rusiyalı politoloq Pavel Klaçkov özünü ədalətli hesab edirsə, ilk növbədə getsin Rusiya Liberal-Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin Azərbaycan dövləti və xalqı ilə bağlı söylədiklərinə fikir versin.

"Əgər rusiyalı politoloq bu cür reaksiya veribsə, deməli düz yoldayam. Mən ölkəmizdəki müxalifət liderlərindən fərqli olaraq Rusiyanın Azərbaycanla bağlı apardığı siyasətin mahiyyətini çox aydın sezə bilirəm. Onların ölkəmizə qarşı apardığı siyasəti qətiyyən bəyənmirəm, əksinə Rusiyanın demokratikləşməsində, onun xalqının qorunmasında maraqlıyam".

Qeyd edək ki, rusiyalı politoloq Pavel Klaçkov ADP sədri Sərdar Cəlaloğlunu öz işində məsuliyyətsiz publisist adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə