Fəzail İbrahimli:"Ermənistanın narahatçılıq keçirməsi təbiidir"

Fəzail İbrahimli:"Ermənistanın narahatçılıq keçirməsi təbiidir"

"Türkiyə ilə Azərbaycan arasında olan münasibətlər ən yüksək səviyyədədir. Bu baxımdan da iki dövlətinin birgə həyata keçirdiyi genişmiqyaslı hərbi təlimlər heç kim tərəfindən təəccüblə qarşılanmamalıdır". Bunu SİA-ya millət vəkili Fəzail İbrahimli Ermənistanın bu təlimlərdən narahatlıq keçirməsi məsələsinə aydınlıq gətirərkən deyib.

Millət vəkilinin fikrincə, Ermənistan bu təlimlərə görə deyil, işğal etdikləri torpaqlara görə narahat olmalıdır: "Rusiyanın sözü ilə oturub-duran bir dövlətin narahatçılq keçirməsi təbiidir. Onlar bilirlər ki, Dağlıq Qarabağ münaqişəsi gec-tez öz həllini tapacaq. Azərbaycanın hərbi potensialı çox güclüdür və işğalçı dövlətlə üz-üzə gələrsə, qısa müddət ərzində işğal olunmuş torpaqlarını geri qaytarmağa qadirdir".

Millət vəkili qeyd edib ki, Azərbaycan ilə Türkiyə arasında hərbi münasibətlər də çox yüksək səviyyədədir: "Bunu ermənilər də yaxşı anlayır. Hesab edirəm ki, bu bir başlanğıcdır. Hazırda ağır vəziyyyətdə olan Ermənistanı qarşıda bundan da pis günlər gözləyir".

Bütün xəbərlər Facebook səhifəmizdə