Biz Dağlıq Qarabağ münaqişəsinin həllində sülh yolunun tərəfdarıyıq. Amma Azərbaycanın öz torpaqlarını qaytarmaq hüququ var. SİA-nın xəbərinə görə, bu sözləri İtaliyanın "Notizie Geopolitiche" xəbər portalına Türkiyənin Avropa İttifaqı üzrə naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, münaqişənin həllində sülh əsas prinsip olmalıdır. Amma Azərbaycanın Dağlıq Qarabağ bölgəsi üzərində hakimiyyətini bərpa etməsi üçün mümkün yollardan biri də hərb yoludur: "Türkiyə Azərbaycanın ərazi bütövlüyü hüququnu həmişə müdafiə edib. Bundan başqa, Türkiyə siyasi cəhətdən Bakıya yaxındır. Ermənistanın Azərbaycanın ərazisini işğal etməsi bir faktdır. BMT-nın qətnamələrinə baxmayaraq, Azərbayacanın ərazisi olan Dağlıq Qarabağ və 7 rayon hələ də işğal altındadır. İşğal nəticəsində Azərbaycanın 1 milyondan çox qaçqını və məcburi köçkünü var, ərazisinin də 20 faizindən çoxu təcavüzə məruz qalıb".
Nazir ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyi barədə də danışıb: "ATƏT-in Minsk qrupu Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını həyata keçirmək məqsədi ilə hələ 1995-ci ildə yaradılıb".
O, ATƏT-in Minsk qrupunu problemi tezliklə nizamlamağa və qarşıdurmalara son qoymağa çağırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB