Elçin Mirzəbəyli: ““Hüquq müdafiəçiləri”ni müdafiə edən radikal müxalifət eyni mərkəzdən idarə olunur”

Elçin Mirzəbəyli: ““Hüquq müdafiəçiləri”ni müdafiə edən radikal müxalifət eyni mərkəzdən idarə olunur”

"Hüquq müdafiəçiləri"ni müdafiə edən radikal müxalifət eyni mərkəzdən idarə olunur". Bunu SİA-ya Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Elçin Mirzəbəyli deyib.

E.Mirzəbəyli bildirib ki, Azərbaycanda həbs olunan "hüquq müdafiəçiləri" və QHT-lər aldığı qrantlar vasitəsi ilə radikal müxalifət partiyalarının maliyyələşdirilməsində iştirak ediblər: "Məlumdur ki, Azərbaycanda QHT-lərin siyasi proseslərdə iştirakı qadağan edilir. Buna baxmayarq, bəzi QHT-lər radikal müxalifət partiyalarının maliyyələşməsində yaxından iştirak edirlər. Bəzən elə olur ki, radikalların özləri bu QHT-lərin qrant almasında beynəlxalq təşkilatlarla danışıqlar aparırlar".

E.Mirzəbəyli deyib ki, "hüquq müdafiəçiləri"ni müdafiə etməklə radikal müxalifət nümayəndələri bir növ onları bu və ya digər şəkildə idarə edən beynəlxalq təşkilatlara mesaj verirlər: "Onlar bu addımla özlərinin siyasi maraqlarını təmin etməyə çalışırlar. Eyni zamanda bu gün proseslərdən kənarda qalan QHT-lər üçün yeni qrant layihələri əldə etməyə çalışırlar. Hesab edirəm ki, onların siyasi v maddi maraqları göz önündədir"

Onun sözlərinə görə, qeyd etdiyi məsələlərə istintaqın nəticələri bir daha aydınlıq gətirəcək: "Bu problemin meydana çıxması QHT sektorunda onilliklər boyu köhnəlib qalmış bir çox problemləri üzə çıxardı. Hesab edirəm ki, bu sektordakı özbaşnalıqlara son qoymağın zamanı çoxdan çatıb. Bu baxımdan atılan addımları Azərbaycanın dövlət maraqlarına və qanunvericiliyinə adekvat hesab edirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə