Mübariz Qurbanlı: "Bu adamların ipinin bir ucu da erməni lobbisinin əlindədir" Münasibət
"Prezident İlham Əliyevin AŞPA-da çıxışı zaman təxribata əl atanların davranışı fitnəkarlıqdır. Belə adamların milli hissi, milli marağı yoxdur". Bu barədə SİA-ya açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Prezident İlham Əliyevin AŞPA-da çıxışı zamanı Avropada yaşayan bir qrup azərbaycanlının xüsusi köynəklər geyinərək etiraz etməsinə münasibət bildirərkən deyib.
Millət vəkilinin sözlərinə görə, onlar Azərbaycanın maraqlarını həmişə ayaqlar altına atmağa hazır olan adamlardır: "Onlar ayrı-ayrı qrupların, dairələrin sifarişlərini yerinə yetirirlər. Dərinə gedəndə görürük ki, bu adamların ipinin bir ucu da erməni lobbisinin əlindədir. Ona görə mən bu cür hərəkətləri qətiyyətlə pisləyirəm".
M.Qurbanlı onu da əlavə edib ki, dövlət başçısı çıxışı zamanı Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemini, eləcə də ölkəmizin dünyadakı mövqeyini göstərib: "Belə olan halda milli hissi olan adam dövlətinin başçısına, yaxud öz dövlətinə qarşı belə hərəkət edərmi? Ölkə daxilində müxtəlif siyasi fikirlilik ola bilər. Lakin bunu özümüz öz daxilimizdə həll etməliyik. Gedib düşmən Ermənistanın nümayəndələrinin iştirak etdiyi beynəlxalq təşkilatda öz ölkənin əleyhinə bu cür hərəkətlər etmək, "mən erməninin yanındayam", "mən erməniyə xidmət edirəm" deməkdir. Onlar bununla da antimilli ünsür olduqlarını nümayiş etdirdilər. Bu cür fitnəkarlığı, təxribatları radikal müxalifət və onların ətrafındakılardan görmüşük. Azərbaycan xalqı isə bu cür hərəkətləri qətiyyətlə pisləyir, belə adamları rədd edir və həmişə rədd edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB