Araz Əlizadədən Leyla Yunusa daha bir İTTİHAM

“Son zamanlar cəmiyyətdə axmaqlar ortaya çıxmaqdadır”
Araz Əlizadədən Leyla Yunusa daha bir İTTİHAM

"Leyla Yunusun fəaliyyəti bilavasitə Azərbaycanın əleyhinə yönəlib. Çünki Leyla Yunusun ümumiyyətlə, Vətən haqqında, şərəf haqqında, vicdan haqqında heç bir məlumatı yoxdur". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə SDİ direktoru Leyla Yunusun NATO tədbirində ermənilərin mövqeyindən çıxış etməsinə münasibətini açıqlayarkən deyib.

ASDP sədri bildirib ki, ona bu həyatda ən çox lazım olan puldur: "Mən dəfələrlə demişəm ki, ona bu həyatda pul lazımdır". Araz Əlizadə Leyla Yunusun Ermənistanda qəhrəman elan edilməsinə də münasibətini açıqlayaraq deyib ki, son zamanlar cəmiyyətdə axmaqlar ortaya çıxmaqdadır: "Buna misal kimi, Əkrəm Əylislini, eləcə də barəsində söhbət etdiyimiz Leyla Yunusu və başqalarını göstərmək göstərmək olar. Onlar daim şöhrət və pul dalınca qaça-qaça vicdanlarını satıblar. Mən burada bir atalar sözünü də xatırlatmaq istərdim. Göstər dostunu, nəb də deyim sən kimsən. Bunlar elə ölənə qədər də pul dalınca qaçacaqlar".

Rəfiqə Kamalqızı

Bütün xəbərlər Facebook səhifəmizdə