İordaniyanın milli bayramı şərəfinə Bakıda rəsmi qəbul təşkil edilib

İordaniyanın milli bayramı şərəfinə Bakıda rəsmi qəbul təşkil edilib

İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı səfirliyi ölkəsinin milli bayramı - Müstəqillik Günü münasibətilə rəsmi qəbul təşkil edib. SİA-nın məlumatına görə, ilk olaraq Azərbaycanın və İordaniyanın dövlət himnləri səslənib.

İordaniyanın Azərbaycandakı müvəqqəti işlər müvəkkili Fadi Qvayder rəsmi qəbulda çıxış edərək ölkəsinin müstəqillikdən sonra keçdiyi inkişaf yolundan danışıb, bu illər ərzində iqtisadi və mədəni sahələrdə böyük uğurlar qazanıldığını, İordaniyanın dünya birliyində layiqli yer tutduğunu vurğulayıb.

Diplomat dost ölkələr olan İordaniya ilə Azərbaycan arasında gündən-günə genişlənən əlaqələrdən məmnunluğunu bildirərək demişdir ki, dövlət başçılarının qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və danışıqlar ikitərəfli münasibətlərin inkişafına əlverişli zəmin yaradıb.

Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərov əlamətdar gün münasibətilə dost İordaniya xalqını Prezident İlham Əliyevin adından təbrik edib, dövlətimizin başçısının salamlarını və xoş arzularını mərasim iştirakçılarına çatdırıb.O, ölkələrimiz arasında 40-a yaxın müqavilənin imzalandığını, 6 müqavilənin isə imzalanmaq üçün hazırlandığını vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə