Prezident AŞPA sədrini qəbul edib

Prezident AŞPA sədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 22-də Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) sədri xanım Ann Brasörün başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

SİA-nın məlumatına görə, görüşdə Azərbaycan ilə Avropa Şurası arasında əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə