Erkin Qədirli REAL-dan QOVULDU
REAL Hərəkatının Məclis sədri və idarə heyətinin üzvü Erkin Qədirli təmsil olunduğu təşkilatdan çıxarılıb. Adıçəkilən təşkilatdan SİA-ya daxil olan məlumata görə, qərar REAL-ın sonuncu iclasında verilib. Buna səbəb kimi Erkin Qədirlinin fəaliyyətində son zamanlar səhvlər buraxması, eləcə də mətbuata verdiyi müsahibə və açıqlamaları göstərilib.

Erkin Qədirlinin istefaya göndərilməsi məsələsinin hazırda həbsdə olan REAL sədri İlqar Məmmədovla razılaşdırıldığı bildirilir.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня