Elmar Məmmədyarov Avstriyaya getdi

Elmar Məmmədyarov Avstriyaya getdi

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak etmək üçün Avstriyaya gedib. XİN-in mətbuat xidmətindən SİA-ya daxil olan xəbərə görə, nazir Elmar Məmmədyarov rəhbərlik etdiyi nümayəndə heyətinin müşayiəti ilə 5-6 may tarixlərində Vyana şəhərində keçiriləcək Avropa Şurası Nazirlər Komitəsinin 124-cü sessiyasında iştirak edəcək.

Sessiyada Avropa Şurasının Nazirlər Komitəsinin sədrliyi Avstriyadan Azərbaycana keçəcək.

Sessiya çərçivəsində nazir Elmar Məmmədyarovun çıxışları və ikitərəfli görüşləri nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə