“Milli Şura”nın varlığı “İctimai Palata” kimi formal xarakter daşıyır”
- Tahir bəy, Rüstəm İbrahimbəyov iddia edir ki, onun aktiv siyasətdən bir qədər çəkilməsi "Ziyalılar Forumu"nu fəaliyyətsiz bir quruma çevrib. Sizcə, qurumlar yalnız fərdlərdən ibarətdir?
- Arzuolunmaz hal ondan ibarətdir ki, Rüstəm İbrahimbəyov "Ziyalılar Forumu"nu siyasətə qatdı. Təbii ki, "Ziyalılar Forumu"nun fəaliyyətsizliyinin ən əsas səbəbi də siyasətə baş vurması oldu. Yəni, R.İbrahimbəyov bu "forumun" sədri kimi birbaşa siyasi fəaliyyətə keçdi. Bu, siyasətdə uğursuzluğa düçar oldu.
- "İctimai Palata" buraxıldı, "Milli Şura" fəaliyyətsiz bir quruma çevilib. Sizcə, bunun fonunda "Ziyalılar Forumu"nun da buraxılacağını proqnozlaşdırmaq olar?
- "Milli Şura"nın varlığı "İctimai Palata" kimi formal xarakter daşıyır. O cümlədən, "Ziyalılar Forumu" da fəaliyyətsiz və əhəmiyyətsiz bir quruma çevrilib. Yəni, bu təşkilatlar adları olub, fəaliyyət göstərə bilməyən təşkilatlardır. Bunun da səbəbi onların heç bir siyasi güclərinin olmaması ilə bağlıdır. Belə olan halda bu kimi qurumların dağılması qaçılmazdır.
- Sizcə, nəyə görə müxalifət liderləri yaratdıqları bloklara sonradan ifrat dərəcədə inamsız yanaşırlar?
- Müxalifət liderlərinin öz istəyi ilə yaratdıqları bloklara inamsızlığı onların sosial bazaya malik olmamasından irəli gəlir. Demək olar ki, bu gün müxalifət düşərgəsində olan partiyalara yığışan şəxslər biri-birinə qarşı mehriban düşmən münasibəti bəsləyirlər. Yəni, müxalifətçilərin biri digərinə qarşı 1 gün yaxşı olsa da, 5 gün pis olur. Bunun da səbəbi müxalifət rəhbərlərinin şəxsi ambisiyalarının olması və biri-birini qəbul etməməsi ilə bağlıdır. Təbii ki, birlik olmayan yerdə inamdan, mehribançılıqdan və irəliləyişdən söhbət gedə bilməz.
- Əli Kərimli - İsa Qəmbər qarşıdurmasını müxalifət bloklarının dağılmasını şərtləndirən əsas amilərdən biri hesab etmək olarmı?
- Müxalif blok və qurumların dağılmasının başlıca səbəbi liderlərin müstəqil olmamaları və biri-birinə qarşı olan düşmənçilik münasibləridir. Bu gün müxalifət liderlərinin biri-birinə qarşı olan düşmənçilik münasibətləri onlar tərəfdən yaradılan blok və qurumların dağılmasının şərtləndirən əsas amillərdən biridir. Bu da müxalifət partiyalarının birləşməsinə yox, dağılmasına gətirib çıxarır. Bu gün müxalifətin ümumi güc mərkəzi yoxdur. Bu şansın olması da mümkün deyil. Bir sözlə, müxalifət həmişə məğlubiyyətə düçar olub və olacaq da!
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB