ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. SİA-nın məlumatına görə, Ukraynadakı vəziyyətin müzakirə edildiyi telefon danışığında Obama Rusiyanın Ukraynadakı separatçı qüvvələrə dəstəyindən dərin narahatlıq keçirdiyini bildirib.
Ağ Evin yaydığı məlumata görə, telefon danışığı rəsmi Moskvanın istəyi ilə reallaşıb. Obama deyib ki, Ukraynaya qarşı bu cür münasibət davam edərsə, Rusiya buna görə əlavə cavab verməli olacaq. Barak Obama Putini rus ordusunu Ukrayna sərhədlərindən geri çəkməyə çağırıb.
Bu həftə Cenevrədə keçiriləcək toplantıya da diqqəti yönəldən Obama, Rusiyanın hədələdiyi və gərginliyi dərinləşdirən ifadələrin olduğu prosesdə diplomatik həll yolunun qeyri-mümkün olduğunu qeyd edib.
Bu arada Obama, Fransa prezidenti Fransua Olland ilə də telefonla danışaraq Rusiyaya qarşı əlavə sanksiya tədbirlərini müzakirə edib.
Digər tərəfdən Ağ Ev, Mərkəzi Kəşfiyyat İdarəsi (CIA) sədrinin həftə sonu Kiyevdə olduğunu təsdiqləyib.
ABŞ Dövlət katibliyi də CİA sədrinin Ukrayna ilə təhlükəsizliyə dair əməkdaşlığı artırmaq məqsədi ilə görüşlər keçirdiyini, Rus hərbi dəstələrinə qarşı yeni taktikalar ortaya qoyulduğuna dair iddiaların tamamilə səhv olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB