Əli Həsənov: "Xocalı faciəsi türk dünyasına qarşı aparılan oyunların bir hissəsidir"

Əli Həsənov: "Xocalı faciəsi türk dünyasına qarşı aparılan oyunların bir hissəsidir"

"Xocalı soyqırımı təsadüfi deyil. Bu, uzun müddət Ermənistan adlanan dövlətin Azəri türklərinə, türk dünyasına qarşı apardığı ədalətsiz, çirkin oyunların bir hissəsidir". SİA-nın xəbərinə görə, bu sözləri Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı faciəsi ilə bağlı keçirilən beynəlxalq konfransda çıxış edərkən deyib.

Onun sözlərinə görə, əgər tarixə nəzər yetirsək, görərik ki, bu proses bir günü hadisəsi deyil: "Xocalı faciəsi artıq dünya ictimaiyyətinə kifayət qədər çatdırılıb. Xocalıya ədalət kampaniyası çərçivəsində bütün dünyada Xocalı soyqırımının tanıdılması ilə bağlı genişmiqyaslı işlər aparılır. Onun nəticəsidir ki, bu gün dünyanın bir neçə ölkəsində Xocalı ilə bağlı abidələr ucaldılıb, 7 ölkədə, ABŞ-ın 4 ştatında Xocalı soyqrımı ilə əlaqədar qətnamə qəbul edilib. Bu, ermənilər tərəfindən dünya azərbaycanlılarına, dünya türklərinə qarşı sistemləşdirilmiş cinayətdir. Ona görə də, biz də sistemli şəkildə buna qarşı mübarizə aparmalıyıq. AMEA-nın təkibində tarix institutu fəaliyyət göstərir. Onlar bu istiqamətdə az iş görmürlər. Lakin təklif edərdim ki, ölkəmizdə Tarix Akademiyası yaradılsın 200 ildən indiyə qədər tarix araşdırılsın, kitablar yazılsın. Hətta Akademiya tərkibində tarix institutu yaradılsa bu daha yaxşı olar. Araşdırılanları gələcək nəsillərə çatdırmalıyıq. Bu cinayətləri bizdən əvvəlki nəsillər görüb, biz görmüşük. Qoy, gələcək nəsillər görməsin!"

Ə. Həsənov vurğulayıb ki, ermənilər təkcə bizə qarşı deyil, dünya ölkələrinə qarşı da müxtəlif iddialarla çıxış edirlər: "Ermənilər Gürcüstan, Türkiyə, İran və digər ölkələrdən də siyasi müstəqillik tələb edirlər. Lakin bunun qarşısı alınmalıdır. Qaraçı şəklində dünyaya səpilən millət nə istəyir bizdən"?

Komitə sədri həmçinin bildirib ki, BMT-nin məsələ ilə bağlı qəbul etdiyi 4 qətnamə icra edilmir: "Bu qətnamələr nəyə görə icra edilmir? Guya ATƏT-in Minsk qrupu 20 ildir məsələnin həlli ilə məşğul olur. Bu üsulla problemin həllinə nail olmayacaq. Onlara cəhdlərinə görə təşəkkür edirik. Lakin bu cəhdlərin səmimi olub-olmadığı məlum deyil. Lakin 20 illik fəaliyyətləri onu göstərir ki, onlar siyasi oyun həyata keçirirlər. Əgər bizim insanların başına bu cinayətlər gətirilirsə, nə üçün demokratiyadan danışan beynəlxalq təşkilatlar, dövlətlər susurlar? Nə üçün ATƏT və digər beynəlxalq təşkilatlar Ermənistanı BMT-nin işğal olunmuş torpaqların azad edilməsi ilə bağlı qətnamələri yerinə yetirməyə məcbur etmirlər. Nədir səbəb? Ancaq onlar hesab etməsinlər ki, Azərbaycan xalqının səbri tükənməzdir və həmişə buna dözəcək. Bu gün Azərbaycan ordusu torpaqlarını işğaldan azad etməyə hazırdır. Bir gün Azərbaycan xalqının dözümü tükənə bilər və onda nəinki son 20 ildə işğal edilən torpaqlar, hətta 100 il bundan əvvəl də işğal edilmiş Azərbaycan torpaqlarını azad edə bilər. Biz müharibə edən ölkə deyilik. Bunu bizə məcbur ediblər. Nahaq qan heç zaman yerdə qalmaz".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com