Konfrans iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər Əliyevin rayondakı abidəsinin önünə gül dəstələri düzüblər.
Daha sonra təbir iştirakçıları Lökbatan qəsəbəsində fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin foyesində Xocalı soyqırımı ilə bağlı sərgiyə baxıblar. Xocalı ilə bağlı film nümayiş etdirildikdən sonra konfransı Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı Süleyman Mikayılov açıb.
Sonra söz Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənova verilib. Əli Həsənov vurğulayıb ki, Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı 200 ildən artıq məqsədyönlü şəkildə həyata keçirdikləri siyasətin ən faciəli səhifəsidir.
1998-ci ildə Prezident Heydər Əliyevin Fərmanı ilə 31 martın azərbaycanlıların Soyqırımı günü elan edildiyini bildirən Əli Həsənov deyib: "Lakin azərbaycanlılara qarşı törədilmiş soyqırımılarından ən dəhşətlisi 1992-ci il fevralın 26-da Xocalıda baş vermişdir. Bu gün Xocalı soyqırımı ayrı-ayrı dünya ölkələri, nüfuzlu beynəlxalq qurumlar, ABŞ-ın 20-yə yaxın ştatı tərəfindən tanınmışdır. Təkcə İslam Əməkdaşlıq Təşkilatının Xocalı soyqırımını tanıması o deməkdir ki, təşkilata üzv olan 56 ölkə də bu faciəni soyqırımı kimi qəbul edir".
Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, bu hadisə ilə bağlı Azərbaycan hökumətinin vahid siyasəti var və bu siyasətin mahiyyəti ondan ibarətdir ki, belə faciələrin gələcəkdə təkrarlanmaması və onu törədənlərin bəşəriyyətin yaddaşında əbədi həkk olunması üçün soyqırımı ilə bağlı reallıqlar dünya ictimaiyyətinə çatdırılmalı, həmçinin qiymətləndirilməlidir.
Digər çıxışlardan sonra beynəlxalq konfrans işini bölmə iclaslarında davam etdirib.
Bütün xəbərlər Facebook səhifəmizdə
Digər xəbərlər
Xəbər lenti
Avropa Putinin planlarını pozmağa qadirdir...
Dünya 19:05Qəzza zolağında neçə xristian qalıb?
Dünya 18:49Klassik tələ...
Dünya 18:27Azərbaycan BVF-dən texniki yardımın genişləndirilməsini istəyir
İqtisadiyyat 17:36Ukraynada keşiş 3 nəfəri güllələyib
Dünya 17:33Dünya Bankının qlobal konfransı 2027-ci ildə Bakıda keçiriləcək
İqtisadiyyat 17:31Ramiz Mehdiyev YAP-dan çıxarılıb
Siyasət 17:00Masallı rayonunum Xıl kəndində şəhid anıldı
Sosial 16:55Qardaşa qardaş məsləhəti...
Rəy 16:42Rəqəmsal inkişaf və nəqliyyat naziri Qəbələdə vətəndaşlarla görüşüb
İqtisadiyyat 15:48Müharibə bizim seçimimiz olmayıb - MƏQALƏ
Siyasət 14:40Doqquz ayda Azərbaycanda kənd təsərrüfatı məhsulu üzrə istehsal artıb
İqtisadiyyat 14:18Siyəzəndə vətəndaşların müraciətləri dinləniləcək
Sosial 13:23Sabah Azərbaycanda 31 dərəcə isti olacaq
Sosial 13:15“Tarın Paqaninisi” Yakutiyada Azərbaycan musiqisinin sehrini yaşatdı
Mədəniyyət 10:52Biz beynəlxalq arenada fəal əməkdaşlıq edirik - MƏQALƏ
Siyasət 10:09Hesablama Palatasının strukturu dəyişir
İqtisadiyyat 10:08Azərbaycan XİN Pakistana başsağlığı verib
Siyasət 09:47Özəl xəbərlər
Digər xəbərlər
Redaktorun seçimi
Köşə yazıları
Populyar
Valyuta məzənnəsi
-
USD
1,7000
0,00%
-
EUR
1,9090
+0,12%
-
GBP
2,2616
+0,45%
-
RUB
2,0290
+0,70%



