Elmar Məmmədyarov İraqa səfər edib

Elmar Məmmədyarov İraqa səfər edib

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İraqa səfər edib. SİA-nın İraq XİN-in mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, naziri və onu müşaiyət edən nümayəndə heyətini Bağdad Beynəlxalq Hava Limanında İraqlı həmkarı Xoşyar Zəbari qarşılayıb.

Daha sonra Elmar Məmmədyarov həmkarı Hoşyar Zebari ilə görüşüb. Tərəflər iki ölkə arasında ikitərəfli münasibətlərin inkişaf perspektivlərini, enerji, təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi yollarını, nəqliyyat, aviasiya sahələrində fəaliyyətin əlaqələndirilməsi, eləcə də siyasi məsələləri müzakirə ediblər. Ölkələr arasında birbaşa hava əlaqəsinin yaradılması da müzakirə olunub.

E. Məmmədyarov İraqın baş naziri Nuri əl-Maliki ilə də görüşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə