AXCP-Müsavat qarşıdurması növbəti mərhələdə

AXCP-Müsavat qarşıdurması növbəti mərhələdə

AXCP və Müsavat partiyaları arasında ittihamlar yenidən şiddətlənməyə başlayıb. SİA-nın məlumatına görə, buna səbəb AXCP-nin sədr müavini Fuad Qəhrəmanlının "Yeni Müsavat"a açıqlamasında müsavatçıları hakimiyyətə işləmək iddiası olub.

"Biz o zaman bildirmişdik ki, Müsavatın addımı hakimiyyətin müxalifəti, Milli Şuranı bölmək ssenarisinin tərkib hissəsidir" - deyə bildirən Cəbhə rəsmisi Müsavat Partiyasımım Milli Şuradan bəhanələrlə çıxmasını məhz bununla əlaqələndirib: "Biz, sadəcə olaraq, Müsavat Partiyasının Milli Şuradan ayrılmasının motivləri barədə cəmiyyəti məlumatlandırmaq istədik. İstədik ki, Azərbaycan cəmiyyəti bilsin ki, Müsavat Partiyası Milli Şuranı hansı səbəbdən tərk edib...Bununla bağlı artıq kifayət qədər müzakirələr getdi, cəmiyyət hər şeyi bildi…Mən hesab edirəm ki, biz bu istiqamətdə çox uğurlu bir təbliğat kampaniyası apardıq. Bütün detallar ictimaiyyət üçün aydın oldu".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə