Cavanşir Axundov İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri ilə görüşüb
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfiri Cavanşir Axundov 2014-cü il fevralın 4-də İslam Şurası Məclisinin (Parlament) üzvü, İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Ramazanəli Sobhanifər ilə görüş keçirib. Bu barədə SİA-ya XİN-in mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı iki ölkə arasındakı dini, tarixi, mədəni bağlılıqlardan söhbət açılmış, iqtisadi və mədəni sahələrdə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi imkanları müzakirə olunub. Ramazanəli Sobhanifər İran-Azərbaycan parlamentlərarası dostluq qrupunun Azərbaycan Respublikasına səfərinə diqqəti çəkərək, azərbaycanlı həmkarlarını da İrana səfərə dəvət edib.
Görüş zamanı səfir Cavanşir Axundov İran və Azərbaycan arasında ikitərəfli münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasında parlamentlərarası əlaqələrin, xüsusilə dostluq qruplarının rolunu yüksək qiymətləndirib.
Səfir İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Parlament sədrlərinin 9-cu iclasında iştirak etmək məqsədilə AR Milli Məclisinin Sədri Oqtay Əsədovun rəhbərliyi altında yaxın günlərdə Tehrana səfəri planlaşdırılan nümayəndə heyətinin tərkibində Azərbaycan-İran parlamentlərarası dostluq qrupunun üzvlərinin də yer aldığını diqqətə çatdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB