"Yerevanda Ukrayna səfirliyinin qarşısında Ermənistanın "Gömrük İttifaqına" üzv olmasına qarşı aksiya keçirilib". Bu haqda SİA Ermənistanın "Lragir" nəşrinə istinadən xəbər verir. Nəşrin verdiyi xəbərə görə, böyük ehtimalla Ermənistanda yaxın günlərdə Rusiyaya qarşı etiraz başlayacaq.
Lakin erməni nəşri iddia edir ki, rəsmi Yerevan bu etiraz aksiyalarının qarşısını almaq məqsədi ilə erməni icmasını müharibə ilə təhdid edir: "Çünki Ermənistan hakimiyyəti Maydan təhlükəsinin Yerevanda təkrarlanmasından olduqca ehtiyat edir və məhz ona görə də, hazırda Ermənistan hər bir yolla, o cümlədən Azərbaycanla müharibəni də gözə alaraq, bunun qarşısını almaq niyyətindədir".
Xatırladaq ki, bir neçə həftə Ermənistanda təqaüdlərin aşağı olması ilə əlaqədar kütləvi aksiyalar keçirilirdi. Rəsmi Yerevan bu aksiyaların qarşısını almaq məqsədi ilə təqaüdləri artırmışdı: "Beləliklə, Ermənistanda etirazçılar hakimiyyətə qalib gəldilər. Hazırda isə Ermənistan hakimiyyəti aksiyaçıların Yerevanda Avromaydanı təkrarlayaraq, istədiklərinə nail ola biləcəklərini ehtimal edərək, müharibə ilə erməni icmasını sanki təhdid edirlər".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB