“Qara Yanvar, Qara cümə ertəsi…”

“Qara Yanvar, Qara cümə ertəsi…”

Türkiyənin "Ortak ses.com" saytında 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilən "Qara Yanvar, Qara cümə ertəsi…" ("Kara Ocak, Kara Cumartesi…") mövzusunda yazı dərc edilib. SİA-nın məlumatına görə, saytın həmmüəlliflərindən biri, Türkiyənin tanınmış rəssam-ədəbiyyatşünası Hülya Sezginin məqaləsində 1990-cı il yanvarın 20-də keçmiş SSRİ-nin rəhbərliyi tərəfindən xəbərdarlıq etmədən dinc əhali üzərinə qoşun yeridilməsindən geniş bəhs olunur. Yazının yerləşdirildiyi səhifədə azərbaycanlı rəssam Nəvai Mətinin "20 Yanvar" tablosu da yer alıb.

Məqalənin tam mətni aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz:

http://www.ortakses.com/kara-ocak-kara-cumartesi-7438h.htm

Bütün xəbərlər Facebook səhifəmizdə