YAP Gəncləri "Gənc siyasətçilər" üçün Qış məktəbində iştirak edirlər FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) gəncləri Rahu Qurbanova, Şəfəq Əhmədova və Abbas Pənahov 19-23 Yanvar 2014-cü il tarixlərində Konrad Adenauer Fondunun Gürcüstanın Tbilisi şəhərində təşkil etdiyi "Gənc siyasətçilər" üçün Qış məktəbində iştirak edirlər. SİA-nın məlumatına görə, 11-16 iyun 2013-cü il tarixində eyni təşkilatın rəhbərliyi ilə keçirilmiş yay məktəbinin layihə yazılması tapşırığı əsasında bu dəfə YAP Gənclər Birliyinin təmsilçiləri "Bakı ətrafı yaşayış məntəqələrində kiçik və orta sahibkar qadınların sahibkarlık bacarıqlarının inkişaf etdirilməsi" layihəsini təqdim ediblər. Həmçinin bu proqramda iqtidar və müxalifət partiyaları daxil olmaqla Azərbaycandan olan nümayəndə heyətindən əlavə olaraq Gürcüstan və Ermənistan dövlətlərinin də gəncləri təmsil olunur. Yeni Azərbaycan Partiyasının gəncləri ilk gündən aktivliyi ilə seçiliblər və yüksək qiymətləndiriliblər.
Layihənin qiymətləndirilməsi isə Almaniya Federativ Respublikasının xüsusi ekspert qrupu tərəfindən aparılacaq və qış məktəbinin son günündə nəticələr açıqlanacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB