Ölkə başçısı Şəhidlər Xiyabanını ziyarət edib

Ölkə başçısı Şəhidlər Xiyabanını ziyarət edib

Qanlı 20 Yanvar hadisələrindən 24 il ötür. SİA-nın məlumatına görə, bu gün səhər Prezident İlham Əliyev Qanlı Yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəlib. Prezident İlham Əliyev "Əbədi məşəl" abidəsi önünə əklil qoyub. Daha sonra Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın Dövlət himni səslənib.

Qeyd edək ki, dövlət və hökumət rəsmiləri, respublikamızdakı dini icmaların başçıları, xarici ölkələrin Azərbaycandakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri də şəhidlərin əziz xatirəsini yad etməyə gəliblər.

Şəhidlər Xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev iştirak ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə