Millət vəkili Məlahət İbrahimqızının SİA-ya müsahibəsi:
- Ötən həftə 2013-cü ilin yekunlarına və 2014-cü ildə qarşıya qoyulan vəzifələrlə bağlı keçirilən müşavirədə ölkə başçısı tərəfindən səsləndirilən fikirləri Azərbaycanın ötən ildə qazandığı uğurlara verilən qiymət kimi dəyərləndirmək olarmı?
- Yanvarın 9-da ölkə başçısının sədrliyi və hökumət üzvlərinin iştirakı ilə keçirilən müşavirə indiyə qədər keçirilən bütün müşavirələrin zirvəsində dayandı. İclasda möhtərəm Prezidentimiz son 10 ildə və 2013-cü ilə görülən işləri o qədər gözəl təhlil etdi ki, bu müddət ərzində görülən bütün işlər və əldə edilən nailiyyətlər incələnmiş oldu.
Edilən təhlildə Azərbaycanın 10 il müddətində çox böyük uğurlar qazandığının bir daha şahidi olduq. Bu il müddətində ölkəmiz çox böyük, geniş yol keçib. Azərbaycanın 10 ildə əldə etdiklərini bəzi ölkələr 100 ilə əldə ediblər. Müşavirədə edilən təhlilə nəzər yetirsək, 10 il müddətində Azərbaycanın nə qədər inkişaf etdiyini daha aydın şəkildə görə bilərik. Ölkə başçısı müşavirədə bütün bu məsələləri açıq şəkildə təhlil edərək, əldə etdiyimiz uğurları bir daha bizə əyani şəkildə nümayiş etdirmiş oldu. Biz Azərbaycanın bu illər ərzində böyük, şərəfli bir yol keçməsi ilə bir daha qürur duyduq. Hər şeyin qiymətini zaman verir. Elə hadisələr olur ki, onun qiymətini dərhal vermək mümkün olmur. Lakin zaman keçdikcə, onu qiyməti öz yerini tapır. Əminəm ki, zaman bu 10 ili Azərbaycanın müstəqillik, dövlətçilik tarixində bir intibah kimi qiymətləndirəcək.
- Ötən il Regionların Sosial-İqtisadi İnkişafı haqqında Dövlət Proqramının ikinci mərhələsinin yekun ili oldu. Bu proqramı necə qiymətləndirirsiniz?
- Proqramı çox yüksək qiymətləndirirəm. Ona görə ki, proqram hər bir xalqın, vətəndaşın ürəyindən xəbər verən bir proqram idi. Ölkə başçısı ilk dəfə 2003-cü ildə prezident seçildikdən sonra 2004-cü ilin fevral ayında regionların sosial -iqtisadi inkişafı ilə bağlı ilk dövlət proqramı qəbul olundu. İlk proqram intibahın təməlini qoydu. Qısa müddət ərzində regionlarda infrastruktur, böyük layihələr həyata keçirilməyə başlandı. Dünyada iqtisadi böhran getməsinə baxmayaraq, ölkəmiz bu proqramlar sayəsində maliyyə böhranından yan keçdi. Proqramlar daxilində bütün işlər, layihələr yüksək səviyyədə həyata keçirildi. Xalqımız dövlət proqramının ikinci hissəsini gözləyirdi və əmin idilər ki, bunun davamı olacaq. Çünki, ölkə başçısının tutduğu yol inkişafa, nailiyyətlərə, Azərbaycan dövlətinin gündən-günə güclənməsinə, regionda daha yüksək müstəviyə qalxmasına köklənmişdi və nəticədə 2009-cu ildə proqamın davamı olaraq ikinci dövlət proqramı təsdiq edildi. Bu gün regionlar sanki bir-birilə gözəllik, inkişaf yarışmasına çıxıblar. Ona görə də mən bu proqramları yüksək qiymətləndirərək söyləmək istəyirəm ki, sözügedən dövlət proqramların həyata keçirilməsinin nəticəsidir ki, bu gün regionda yüksək səviyyədə inkişaf özünü göstərir.
- 2013-cü ildə ölkəmizdə əldə olunan uğurlardan biri Azərbaycanın ilk milli peykinin orbitə çıxarılması idi. Demək olarmı ki, bu hadisə ilə ölkəmiz beynəlxalq aləmdə yerini və nüfuzunu bir daha təsdiq etmiş oldu?
- Son 10 ildə, həmçinin 2013-cü ildə bizim fundamental, regional, beynəlxalq səviyyədə o qədər uğurlarımız olub ki, təəssüf ki, bəzi hallarda biz onları layiqincə dəyərləndirə bilmirik. Bu möhtəşəm nailiyyətləri layiqincə təbliğ edə bilmirik. Burada biz siyasətçilərin də minusu var. Biz siyasətçilər ölkəmizin əldə etdiyi uğurların ən böyük təbliğatçıları olmalıyıq. Bu nailiyyətlərdən biri söylədiyiniz kimi milli peykin orbitə çıxarılmasıdır ki, bu hadisə ilə ölkəmiz kosmos klubu ölkələri sırasına daxil olub. Milli peykin orbitə çıxarılması kosmik sənayenin inkişafı deməkdir. İKT inkişaf etmədən bu sanəyenin inkişafı mümkünsüzdür. Eləcə də dəqiq elmlər inkişaf etmədən İKT-nin inkişafından söhbət gedə bilməz. Bütün bunlar Azərbaycanın digər sahələrindəki inkişafına işarədir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB