Rusiya Dumasının deputatı: “Tanınmamış ərazinin Gömrük İttifaqında təmsil olunması düz deyil” EKSKLÜZİV
"Tanınmamış ərazinin Gömrük İttifaqında təmsil olunması düz deyil". Bu sözləri SİA-ya eksklüziv açıqlamasında Rusiya Dumasının deputatı Nikolay Sokol Qondarma Dağlıq Qarabağ Respublikasının Gömrük İttifaqına üzv dövlətlərin tərtib etdikləri "yol xəritəsin"də ərazi kimi təqdim olunmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hələ nəyisə söyləmək çətindir: "Çünki hələ heç nə dəqiqləşməyib. İndi Ermənistanın bu təklifinə reaksiya verəcək tərəfin cavabını gözləmək lazımdır. Məhz ondan sonra Gömrük İttifaqına üzv dövlətlər öz mövqelərini bildirməlidirlər. Qazaxıstanın dövlət başçısı bildiyim qədəri ilə bu məsələyə öz etirazını bildirib. Qazaxıstan çox güclü dövlətdir. Onun dövlət başçısı öz mövqeyini bildiribsə, deməli əbəs yerə deyil".
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB