İlham Əliyev Azərbaycan və Ukrayna XİN-ləri arasında məsləhətləşmələr Planı haqqında sərəncam imzalayıb
Azərbaycan Prezidenti 2013-cü il noyabrın 18-də Kiyev şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" haqqında Sərəncam imzalayıb.
Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıb ki, 2013-cü il noyabrın 18-də Kiyev şəhərində imzalanmış "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ukrayna Xarici İşlər Nazirliyi arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri üzrə 2014-2015-ci illər üçün məsləhətləşmələr Planı" nəzərə alınsın.
Sərəncamda qeyd olunub ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən Planın müddəalarının həyata keçirilməsini təmin etsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB