Mais Səfərli: “Prezident İlham Əliyev dünyanın ən nüfuzlu siyasətçilərindən biridir” AÇIQLAMA

"Cənab Prezident dünyanın ən nüfuzlu siyasətçilərindən və liderlərindən biridir". Bunu SİA-ya Yurddaş Partiyasının sədri Mais Səfərli bu gün Türkiyənin İstanbul şəhərində cənab Prezident İlham Əliyevə həsr olunmuş "Bir Prezidentin portreti" kitabının təqdimat mərasimi ilə bağlı fikirlərini bölüşərkən deyib.

"Azərbaycan son 10 il ərzində BMT TŞ-nın qeyri-daimi üzvü kimi böyük uğurlara imza atdı. Ölkəmizin TŞ-ya üzvlüyü heç də asan başa gəlməyib. Məhz dövlət başçısının siyasətinin böyüklüyü, onun dünyada gedən proseslərə verdiyi müsbət töhvə, Azərbaycanı BMT TŞ kimi beynəlxalq quruma üzv etdi. Dövlət başçısı ilə artıq tək regionla bağlı məsləhətləşmirlər. Belə ki, dünya dövlətləri Prezident İlham Əliyevlə BMT, Avropa Birliyi səviyyəsində deyil, eləcə də enerji təhlükəsizliyi məsələlərində məsləhətləşirlər. Təbii ki, bu, onun bacarığından, savadından, dərin elmi biliklərindən və böyük dünyagörüşünə malik olmasından irəli gəlir. Bir sözlə, cənab Prezident mükəmməl bir şəxsiyyətdir. Bununla belə bu, dövlət başçısının Ümummilli lider Heydər Əliyev kimi dahi şəxsiyyətin övladı olmasından irəli gəlir. Qısa bir müddət ərzində ölkə başçısı Azərbaycanı Avropaya tanıtdı. Beləcə, dövlətimiz Avropa Şurasının ən hörmətli üzvlərindən biri oldu. İlham Əliyev hərtərəfli olaraq bütöv bir şəxsiyyətdir. Hətta Azərbaycanla bağlı aparılan sorğulara nəzər salsaq, İlham Əliyevin öncül yerlərdən birini tutduğunu görərik. Bununla da dövlət başçısı respondentlərin rəğbətini qazanan prezident kimi rəy sorğularından uğurla çıxır. Təbii ki, bu, elə-belə deyil. İlham Əliyevin fəaliyyəti Azərbaycanda göz önündədir. Cənab Prezident tək öz dövlətini, xalqını fikirləşən siyasətçi deyil. O, eyni zamanda regionun, Avropanın və dünyanın taleyini fikirləşir. Hesab edirəm ki, istər beynəlxalq təşkilatlar səviyyəsində, istərsə də qədirbilən xalqımız tərəfindən ölkə rəhbərinə böyük qiymət verilir" – deyə, partiya sədri sözlərinə əlavə edib.

Qeyd edək ki, britaniyalı müəllif və sənədli filmlər rejissoru, Kral Coğrafiya Cəmiyyətinin üzvü Qrem Uilsonun "Bir Prezidentin portreti" kitabında həmçinin Xocalı faciəsi və 20 Yanvar haqqında məlumatlar, habelə Azərbaycanın şəffaflıq, təhsil, səhiyyə, sosial təminat, uzunömürlülük və iqtisadiyyat kimi amillər üzrə inkişafına şərait yaradan məsələlər öz əksini tapıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...