Ştefan Füle: “Avropa İttifaqı Ukrayna ilə danışıqları rəsmən dayandırdı”
"Avropa İttifaqı Ukrayna ilə danışıqları rəsmən dayandırdı". SİA-nın Rusiyanın "İnterfaks" agentliyinə istinadən verdiyi xəbərə görə, bu haqda Avropa İttifaqının genişlənməsi məsələləri üzrə komisarı Ştefan Füle bildirib.
Sayt qeyd edir ki, sözügedən qərarı komisar öz "twitter" səhifəsində yazıb: "Ukrayna prezidentinin sözləri və hərəkətləri, eyni zamanda, hakimiyyətin Aİ haqqındakı fikirləri getdikcə dərinləşir. Onların əlindəki arqumentlər reallığa əsaslanmır".
Xatırladaq ki, daha əvvəl qeyd olunurdu ki, rəsmi Kiyev Brüsselin şərtlərini qəbul edərsə, Ukraynanı son 6 ay ərzində defolt gözləyə bilər.
Ülkər MUSAZADƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB