Viktor Yanukoviç: “Kiyev Avropa İttifaqının təklifini qəbul edə bilər...”

Viktor Yanukoviç: “Kiyev Avropa İttifaqının təklifini qəbul edə bilər...”

"Avropa İttifaqının təklifləri Ukrayna tərəfi üçün uyğun hesab edilərsə, rəsmi Kiyev təklifi qəbul edə bilər". SİA-nın verdiyi xəbərə görə, bu sözləri Ukrayna prezidenti Viktor Yanukoviç Ukraynanın "Birinci dövlət televiziya" kanalında çıxışı zamanı bildirib.

Ukrayna dövlət başçısı çıxışı zamanı bir sıra məqamlara da toxunub: "Təkliflər bizi hər tərəfli qane edərsə, Ukrayna dövlətinin milli maraqlarını qorumaq şərti ilə həmin təklifləri müsbət qiymətləndirəcəyik".

Qeyd edək ki, 21 noyabr tarixində Ukrayna Avropa ittifaqına üzvlüyü üçün aparılan hazırlıq işlərinin dayandırılmasına qərar vermişdi. Daha sonra isə dövlət başçısı çıxış edərək, ölkəsinin Avropaya inteqrasiya kursunu davam etdirəcəyi haqqında bəyanat vermişdi.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə