Rufiz Qonaqov: “Həmin beynəlxalq təşkilatlar haqqında deyilən mənfi fikirlər həqiqətə uyğundur”

"Freedom House", "Amnesty İnternational" kimi beynəlxalq təşkilatların qərəzli möveyi bizi həmişə bu məsələyə münasibət bildirməyə məcbur edib. Çünki bu qərəzli mövqe vaxtaşırı zaman-zaman davam edib. Təəssüflər olsun ki, onlar Azərbaycandakı inkişafı görməkdə acizdirlər". Bu fikirləri SİA-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri Rufiz Qonaqov bildirib.

Bir sıra beynəlxalq təşkilatların daha çox kəşfiyyat orqanı kimi fəaliyyət göstərərək qərəzli informasiyalar yaymasına münasibət bildirən R.Qonaqov əlavə edib ki, "Freedom House", Amnesty İnternational" təşkilatlarında azda olsa obyektivlik, ədalət hissi olsa idi, Azərbaycanın müsbət inkişafını görərdilər: "Onlar məqsədyönlüdürlər. Həmin təşkilatların atdığı addımlardan belə çıxır ki, haqqında deyilən mənfi fikirlər həqiqətə uyğundur. Onların daha çox kəşfiyyat orqanı kimi fəaliyyət göstərməsi, bu təşkilatlara xüsusi xidmət orqanlarının keçmiş rəhbərlərinin başçılıq etməsi doğrudur. Ancaq biz QHT olduğumuza görə, bu məsələləri araşdırmaq imkanımız xaricindədir. Hesab edirəm ki, hüquq-mühafizə orqanları bu bütün bu məsələləri araşdıra bilərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə