“İranla Azərbaycan arasında sərhəd məsələləri üzrə komissiya yaradılıb

"İranla Azərbaycan arasında sərhəd məsələləri üzrə komissiya yaradılıb. Bu komissiyanın əsas funksiyası sərhəd məsələlərini əlaqələndirmək, müzakirələr aparmaqdır və bu komissiyalara hər iki ölkənin XİN-in hüquq departamentlərinin rəhbərləri başçılıq edir. SİA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Nazir müavini bildirib ki, komissiyalarda bütün müvafiq qurumların ekspertləri və mütəxəssisləri təmsil olunurlar: "Komissiya sərhəd körpüləri, sərhəd çaylarından istifadə məsələləri və sərhəddə olan keçid məntəqələrinin fəaliyyətini müzakirə edir".

X.Xələfov qeyd edib ki, sərhədlə bağlı məsələnin konkret həlli bu komissiyadan asılı deyil: "Komissiyanın funksiyası bu məsəllərin həllini əlaqələndirmək və müəyyən mənada təkan verməkdir. Konkret məsələlər müvafiq qurumlar arasında müzakirə olunub, həllini tapa bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə