“Əl-Riyad” qəzetində ümummilli lideri Heydər Əliyev haqqında geniş məqalə dərc olunub

“Əl-Riyad” qəzetində ümummilli lideri Heydər Əliyev haqqında geniş məqalə dərc olunub

Səudiyyə Ərəbistanın nüfuzlu "Əl-Riyad" qəzetində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar geniş məqalə dərc olunub.

Məqalə Azərbaycanın Səudiyyə Ərəbistanındakı səfirliyinin təşəbbüsü ilə dərc edilib.

Məqalədə Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında mövcud əlaqələrin yaradılmasında ümummilli lider Heydər Əliyevin əvəzsiz rolu, 1994-cü ildə Ulu Öndərin bu ölkəyə səfəri zamanı Kral Fəhd bin Əbdüləziz Al Səud ilə görüşündən bəhs edilib. Müəllif iki ölkə arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, gənclər və idman sahələrində əməkdaşlığa dair imzalanmış sənədlər ilə ölkələrimiz arasında dostluq əlaqələrinin möhkəmləndiyini, eləcə də 1997-ci ildə İslam Konfransı Təşkilatının zirvə görüşü çərçivəsində Heydər Əliyevin Kral Abdullah bin Əbdüləziz Al Səud ilə görüşdüyünü, bu görüşün münasibətlərimizin dərinləşməsində mühüm rol oynadığını vurğulayıb.

Məqalədə Kral Abdullah bin Əbdüləziz Al Səudun dəvəti ilə Azərbaycan Prezidenti İlham Əliyevin 2005-ci ildə Səudiyyə Ərəbistanına rəsmi səfərindən sonra ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlandığı qeyd olunub. Həmçinin bu il dekabrın 10-11-də Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiyasının Bakıda keçirilmiş 3-cü iclasının əhəmiyyətindən bəhs edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə