Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Pakistan İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri İkramullah Məhsudu diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə iki dost və qardaş ölkə arasında münasibətlərin hazırkı durumundan, xüsusilə siyasi əlaqələrin yüksək səviyyəsindən və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıqdan məmnunluq ifadə olunub.
Nazir Elmar Məmmədyarov səfir İkramullah Məhsudun ölkəmizdəki fəaliyyətini təqdir edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb. Pakistanlı diplomat öz növbəsində ölkəmizdə çalışdığı müddət ərzində ona yaradılmış şəraitdən məmnunluq bildirdi və iki ölkə arasında əlaqələrin bundan sonra da yüksək səviyyədə qalacağına əminlik ifadə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB