Riçard Morninqstar Ermənistanda keçirilən müşavirədə iştirak edib

Riçard Morninqstar Ermənistanda keçirilən müşavirədə iştirak edib

ABŞ-ın Azərbaycadakı səfiri Riçard Morninqstar Cənubi Qafqazdakı amerikalı diplomatların İrəvanda keçirilən müşavirəsində iştirak edib. Bu haqda SİA Ermənistanın "Aysor.am" saytına istinadən xəbər verir.

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninstar və Gürcüstandakı səfirləri Riçard Norland dövlət katibinin müavini Erik Rubinlə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan artıq görüşüblər. Görüşdə ABŞ-ın Ermənistandakı səfiri Con Hefferin də iştirak etdiyi bildirilir.

Görüş zamanı ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsi üçün tədbirlərin həyata keçirlməsi ilə yanaşı Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli də vacib məslələr sırasında müzakirə obyekti olub. Tərəflər eyni zamanda sadələşdirilmiş viza rejiminin tətbiqindən də danışıblar.

Ülkər MUSAZADƏ

Bütün xəbərlər Facebook səhifəmizdə