"ABŞ Dağlıq Qarabağla bağlı mövqeyini qəflətən ermənilərin xeyrinə dəyişdi"

"ABŞ Dağlıq Qarabağla bağlı mövqeyini qəflətən ermənilərin xeyrinə dəyişdi"

"ABŞ Dağlıq Qarabağ tənzimlənməsində mövqeyini qəflətən və kəskin şəkildə ermənilərin xeyrinə dəyişdi. Bunun əsas səbəbi ABŞ-ın Dağlıq Qarabağ münaqişəsini Rusiyaya qarşı mübarizədə geosiyasi parametrə çevirməsidir. ABŞ-ın Dağlıq Qarabağ tənzimləməsində mövqeyinin ermənilərə doğru dəyişməsinin əlamətləri bir neçə məsələdə özünü biruzə verir". SİA-nın məlumatına görə, bunu Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu deyib.

M.Əhmədoğlu bildirib ki, ABŞ dövlət katibi Con Kerri ABŞ-ın ATƏT-dəki həmsədri Ceyms Uorlikə "DQ danışıqlarını yeniləmək, təzələmək" göstərişi verdi: "Bu göstəriş barədə ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bəyanat verdi. C.Kerrinin bu göstərişi bundan az öncə Ermənistan Prezidenti Serj SArkisyanın danışıqları dayandırıb yeni danışıqlara başlamaq mövqeyinin ABŞ tərəfindən dəstəklənməsi deməkdir. Hətta ola bilər Serj Sarkisyanın bu mövqeyi ABŞ-la razılaşdırılmış şəkildə ortalığa qoyuldu. Amerikalı həmsədr C.Uorlik ABŞ-da "DQ parlamentinin" spikeri A.Qulyanla görüşdü. Həmsədr C.Uorlik Dağlıq Qarabağda sülhün möhkəmləndirilməsinin vacibliyi barədə "Twitter"dəki mikrobloqunda münasibət bildirdi. Dağlıq Qarabağda "sülhün möhkəmləndirilməsi" termini Dağlıq Qarabağ "münaqişəsinin tənzimlənməsi" terminindən polyar fərqlidir. C.Uorlik Dağlıq Qarabağın ayrıca tərəf olması ilə bağlı rəy formalaşdırmağa başladı. ATƏT-in ministerialında ABŞ-ı təmsil edən dövlət katibinin Avrasiya məsələləri üzrə köməkçisi, "RF XİN mətbuat xidmətinin rəhbəri A.Lukaşeviçin podiuma qaldırdığı" V.Nuland Gürcüstan və Moldova ilə bərabər statusda Dağlıq Qarabağın adını çəkdi. Bu da Dağlıq Qarabağın müstəqil tərəf kimi görünməsi istiqamətində atılan addım kimi dəyərləndirilməlidir. ABŞ Ermənistana hərbi və siyasi dəstəyini artırıb. Səfir C.Heffernin fəaliyyəti bunun ən bariz nümunəsidir".

Politoloqun fikrincə, ABŞ-ın Dağlıq Qarabağ tənzimlənməsi də daxil olmaqla, ortalığa qoyduğu geosiyasət özünün ziyanınadır: "ABŞ-ın Cənubi Qafqazda əsas alətlərindən biri ABŞ-ın Ermənistandakı səfirliyinin binasının imkanlarıdır. Böyüklüyünə görə dünyada 2-ci səfirlik binasıdır. RF ABŞ-ın Ermənistandakı səfirliyinin içində 300-400 dəniz piyadası ilə birlikdə qapısını ermənilərə bağlatdıra və bununla da ABŞ-ın Cənubi Qafqazda maraqlarına son qoyula bilər. Rəsmi Vaşinqtonun Dağlıq Qarabağ tənzimlənməsində ermənipərəst mövqeyinin bir az da davam edəcəyini, hətta ətraf dövlətlərə də sirayət edəcəyini proqnozlaşdırırıq, baş verənlərdən Azərbaycan mühüm nəticələr çıxara bilər".

Bütün xəbərlər Facebook səhifəmizdə