Müsavat Partiyası ətrafında baş verən olaylar səngimək bilmir. Milli Şuranın parçalanmasında əsas rol oynayan Müsavat Partiyasında indi də təcili surətdə qurultay keçirmək məsələsi gündəmə gəlib.
SİA-nın əldə etdiyi məlumata görə, bir neçə gün öncə Müsavat başqanı ilə AXCP sədri arasında ənənəvi görüşlərdən biri olub. Lakin bu görüş bir neçə xüsusiyyəti ilə yadda qalıb.
Mənbənin SİA-ya verdiyi məlumata görə, İ.Qəmbər vəziyyətin artıq gərgin olduğunu və yenidən başqan qalmaq üçün keçərli bir taktika axtardığını deyib. Ancaq Ə.Kərimlinin məsləhəti onu özündən çıxarıb. AXCP sədrinin ona "Nizamnaməyə dəyişiklik elə, fəxri sədr qal, uşaqlardan birini də razılaşıb yerinə qoy" deməsi İ.Qəmbəri özündən çıxarıb. O, Ə.Kərimliyə "Əli, deyəsən başqanlıqdan getməyim səni də çox düşündürür, o zaman sən də yerinə Fuadı qoy" cavabını verib.
Xatırladaq ki, müxalifət cəbhəsi bunu gizlətməyə çalışsa da, Müsavat Partiyası Cəmil Həsənlinin sədr, Rüstəm İbrahimbəyovun isə fəxri sədr seçilməsində əsas günahı AXCP-nin üstünə atırlar. Ona görə də, son günlər Müsavat və AXCP funksionerləri arasında qarşıqlılı ittihamlar şiddətli hal alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB