Elmar Məmmədyarov: “ATƏT-in münaqişələrin həlli və silahlara nəzarət üzrə səyləri uğurlu olacaq”
"ATƏT məkanında mövcud münaqişələrin həllinə və siyasi dialoqa nail olmadan regional sabitlik əldə etmək utopiyadır". SİA-nın məlumatına görə, bunu bu gün ATƏT Xarici İşlər Nazirləri Şurasının 20-ci iclasında çıxışında Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib.
Onun sözlərinə görə, Azərbaycan ümid edir ki, yaxın vaxtlarda ATƏT-in münaqişələrin həlli və silahlara nəzarət üzrə səyləri uğurlu olacaq: "Azərbaycan inanır ki, ATƏT Minsk qrupu həmsədri olan ölkələrin prezidentlərinin 2009-cu ildə və digər vaxtlarda verdikləri bəyanatlarda əks olunduğu kimi, baza prinsipləri danışıqların və sülh prosesinin əsası ola bilər. ATƏT məkanındakı digər ərazi mübahisələri kimi, Dağlıq Qarabağ münaqişəsinin həllində də real addımların atılması üçün siyasi iradə lazımdır. Azərbaycan ATƏT-in hərtərəfli təhlükəsizlik konsepsiyası, geniş və müxtəlif üzvlüyü olan platformaya malik regional təhlükəsizlik imkanlarından yararlanmağa böyük üstünlük verir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB