Nəqliyyatla bağlı qaydalara dəyişiklik edilib

Nəqliyyatla bağlı qaydalara dəyişiklik edilib

Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 40 nömrəli qərarı ilə təsdiq edilən Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilib. Nazirlər Kabinetindən SİA-ya verilən xəbərə görə, dəyişikliyə əsasən Əsasnamədə "qəbz" sözü "sənəd" sözü ilə əvəz edilib.

Beləliklə, dövlət texniki baxışının əsas məqsədlərindən biri dövlət texniki baxışının keçirilməsi ilə əlaqədar toplanan haqların ödənilməsi barədə sənədlərin olmasına nəzarəti təmin etmək olacaq. Nəqliyyat vasitələrinə dövlət texniki baxışının keçirilməsi üçün nəqliyyat vasitəsinin sahibi və ya nəqliyyat vasitəsinə sərəncam vermək hüququ olan və qanunvericiliklə müəyyən edilən qaydada təsdiq olunan etibarnaməsi olan şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş rüsumun və ya verginin və yaxud ödənclərin ödənilməsi barədə sənəd təqdim olunmalıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə