İraqın baş naziri Nuri əl-Maliki İranda rəsmi səfərdədir. SİA-nın İran mətbuatına istinadən məlumatına görə, Nuri əl-Maliki Tehranın Mehrabad beynəlxalq hava limanında İranın energetika naziri Həmid Çitçian və İran xarici işlər nazirinin Afrika və ərəb ölkələri üzrə müavini Hüseyn Əmir Abdullahiyan tərəfindən qarşılanıb. Səfərdə məqsəd iki ölkə arasındakı siyasi-iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsidir. İraqın baş naziri səfər çərçivəsində İranın bir sıra dövlət rəsmiləri ilə görüşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə