Millət vəkili: “Qarabağ probleminin həlli ümumdünya münaqişələrinin həll edilməsi yollarından keçir” AÇIQLAMA
"Dağlıq Qarabağ probleminin tezliklə həlli getdikcə artmaqda olan ümumdünya münaqişələrinin həll edilməsi yollarından keçir. Ona görə də hüquqa zidd əməllərin sahibi olan ölkələr ən azı səbəb olduqları itgi və tələfatlara görə iqtisadi sanksiyalara məhkumdurlar". Bu sözləri SİA-ya millət vəkili Xanhüseyn Kazımlı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı açıqlama verərkən deyib. O bildirib ki, hər bir ölkənin mövcudluğu şübhəsiz ki, onun daxilində olan ayrı-ayrı vətəndaşların birgə fəaliyyətindən ibarətdir.
Onun sözlərinə görə, əgər hər hansı qanun pozuntusuna görə kimlərsə mühakimə olunursa, deməli onda beynəlxalq hüquqazidd əməllərə yol verən ölkələrin də daha ciddi cəzalandırılması lazım gəlir: "Bunlardan biri də təqsirkar ölkənin qarşı tərəfə vurduğu hər cür zərərə görə təzminatlar ödəməsi üzrə (konpensasiya, restitusiya, satifikasiya, reablitasiya və s. formasında) beynəlxalq qaydaların müəyyən edilməsindən ibarətdir. Belə arqumentlər yalnız xüsusi sertifikata malik olan ekspertlər (qiymətləndiricilər) tərəfindən, həm də "Beynəlxalq Qiymətləndirmə standartları"-nın tələblərinə müvafiq olaraq həyata keçirilməli və tətbiq edilməlidir. Fikrimcə, məsələnin belə qoyuluşunu dünya birliyində müdafiə edən hər kəs Nobel mükafatına layiq görülməlidir. Çünki hazırda davam edən və səngimək bilməyən maliyyə-iqtisadi böhranın ən başlıca səbəblərindən biri də budur. Azərbaycana gəldikdə isə bu ölkə böhranın acınacaqlı təsirindən uzaqdır, onun xalqı və Prezidenti cənab İlham Əliyev mütəmadi olaraq bütün bəşəriyyəti işgüzar əməkdaşlığa "hə", münaqişəyə, müharibəyə, terrora və işğalçılıq siyasətinə "yox" deməyə çağırışlarında davam etməkdədir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB