AB liderləri Yanukoviçi razı sala bilməyib

AB liderləri Yanukoviçi razı sala bilməyib

Avropa Birliyinin liderləri Vilnüsdə keçirilən "Şərq Tərəfdaşlığı" sammitinin ilk günündə Ukrayna prezidenti Viktor Yanukoviçi assosiasiya haqqında sazişi imzalamağa razı sala bilməyiblər.

Bu barədə SİA "İTAR-TASS"a istinadən xəbər verir. Belə ki, bu haqda sammitin açılışında təşkil olunmuş rəsmi şam yeməyindən sonra Litva prezidenti Dalya Qribauskayte bəyan edib.

"Təəssüf ki, ona sazişin imzalanmasının xeyrinə gətirilən arqumentlər təsir etmədi" - deyə o bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə