Politoloq: “Münaqişə ilə bağlı vəziyyətdə müəyyən dəyişikliklər var MÜNASİBƏT

“Beynəlxalq güclər Ermənistana təzyiq edəcəklər”
Politoloq: “Münaqişə ilə bağlı vəziyyətdə müəyyən dəyişikliklər var MÜNASİBƏT

"Ötən gün Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüş münaqişə tərəfləri arasında dialoqun yenilənməsi, inkişaf etdirilməsinə yönəlmişdi". Bu sözləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu ötən gün Vyanada Azərbaycan və Ermənistan prezidentləri arasında keçirilən görüşün nəticələrini şərh edərkən deyib. O bildirib ki, uzun fasilədən sonra prezidentlər arasında görüşünün keçirilməsi, dialoqun qurulması müsbət addımdır və müəyyən ümidlər yaradır.

Onun sözlərinə görə, ölkə rəhbərləri arasında baş tutan görüşdə yaxın aylarda prezidentləin yenidən bir araya gəlməsi məsələsi də gündəmə gəlib: "Hesab edirəm ki, bu da tendesiyadan xəbər verir. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı vəziyyətdə müəyyən dəyişikliklər var. Münaqişə ilə bağlı tərəflərin diqqəti daha çox cəmləşməkdədir. Bildiyiniz kimi, Türkiyənin xarici işlər naziri ilə ABŞ-ın dövlət katibi arasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub. Bundan əlavə, Türkiyə və Rusiya xarici işlər nazirlərinin münaqişə ilə bağlı bəyanatları onu göstərir ki, hazırki məqamda münaqişənin tənzimlənməsi məsələsinə diqqət artmaqdadır və canlanma hiss olunur".

Politoloq vurğulayıb ki, münaqişənin bu günə qədər həllini tapmamasına səbəb Ermənistandır: "Münaqişənin tənzimlənməsi məsələsinə diqqətin artdığı bir zamanda ümid etmək olar ki, beynəlxalq güclər Ermənistana təzyiq edərək Azərbaycanın haqlı mövqeyini tanımağa məcbur edəcəklər. Bu da münaqişənin tənzimlənməsi məsələsində prinsipal məqamdır".

Bütün xəbərlər Facebook səhifəmizdə