Zəminə Dünyamalıyeva üç partiyanı BİRDƏN “VURDU”

Zəminə Dünyamalıyeva üç partiyanı BİRDƏN “VURDU”

Vaxtilə ADP-də, daha sonra isə ACP-də siyasi funksionerlik edən Zəminə Dünyamalıyeva müxalifətdə olan üç partiyaya qarşı "od püskürüb". SİA-nın məlumatına görə, o, bütövlükdə ənənəvi müxalifətdə olan partiya sədrlərinə mesaj yollayaraq onları sui-istifadə etməkdə, bəhrələnməkdə suçlayıb.

"Azərbaycan Demokrat Partiyasını yaratdıq verdik məlum şəxslərə, Açıq Cəmiyyət Partiyasını təsis etdik, indi ondan müsavatçılar bəhrələnir. Müsavat Partiyasında bir iş görə bilməyənlər ACP-də məqam sahibi oldular. İndi nə yaradaq, siz deyin" - deyə bildirən Dünyamalıyeva söyləyib ki, bu gün müxalifət düşərgəsində təmsil olunan bir neçə qurumun təsis olunmasında yaxud da, inkişafında onun və həmfikirlərinin böyük əməyi olub. Sonradan isə bu qurumlardan başqaları bəhrələnib: "Adını çəkdiyim və çəkmədiyim qurumları biz yaratdıq, başqaları isə bundan qazanc götürdü. Bu həqiqətdir. Artıq bizim tərəfimizdən əlavə qurumun yaradılmasına lüzum görmürəm. Məncə, başqaları üçün çalışmağa ehtiyac yoxdur".

ACP-dən, İctimai Palatadan və Milli Şuradan istefa vermiş Z.Dünayamalıyeva ənənəvi müxalifət düşərgəsindəki "liderləri" naşı adlandırıb: "ACP-dən, İctimai Palatadan və Milli Şuradan ona görə istefa vermişəm ki, adını siyasətçi qoymuş naşı siyasətçilərdən uzaqlaşım. Bu addımımla onların yardımçısı olmaq, səhv əməllərinə şərik olmaq istəmirəm ".

Bütün xəbərlər Facebook səhifəmizdə