Eldar İbrahimov: Azərbaycana Türkiyə münasibətləri sarsılmazdır

Eldar İbrahimov: Azərbaycana Türkiyə münasibətləri sarsılmazdır

"Cənab Prezidentin Türkiyəyə səfəri nəinki ölkəmizdə hətta regionda da əks-səda yaradıb". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, hər iki ölkə başçısının bir-birlərini dövlətlərinin yüksək ordenləri ilə təltif etmələri iki dövlət arasında olan qardaşlıq münasibətlərinin təzahürüdür: "Səfər çərçivəsində imzalanan sənədlərin hər biri ölkəmizin yeni müstəvidə inkişafına gətirib çıxaracaq. Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın birgə imzaladığı "Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının qurulması haqqında Birgə Bəyannamə" hər iki ölkənin regionda təhlükəsizliyi və təminatı baxımından çox vacib sənəddir. Cənab İlham Əliyev hər zaman Azərbaycanın beynəlxalq aləmlə inteqrasiyasında, regional təhlükəsizliyin qorunmasında və ümumiyyətlə, ölkəmizin siyasi-iqtisadi və elmi-mədəni maraqlarının reallaşmasında Türkiyə ilə hərtərəfli əməkdaşlığın genişlənməsinə xüsusi əhəmiyyət verir. Eyni zamanda, Türkiyə bütün məsələlərdə Azərbaycanın arxasında olduğunu göstərir. Bütün bunlar göstərir ki, Azərbaycana Türkiyə münasibətləri sarsılmazdır".

Millət vəkili onu da qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsi həll olunmayana qədər Türkiyə Ermənistanla sərhədləri açmayacaq və Yerevan regionda həyata keçirilən layihələrdən kənarda qalacaq.

İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə