Vüqar Bayramov: " Azərbaycan regionda Türkiyəyə ən çox sərmayə qoyan ölkədir". MÜSAHİBƏ
İqtisadçı-ekspert Vüqar Bayramovun SƏS TV-yə müsahibəsi:
- Prezident İlham Əliyevin Türkiyəyə səfəri zamanı iki ölkə arasında bir sıra müqavilələr bağlanıb. Bu müqavilələri ümumilikdə necə şərh edərdiniz?
- Ölkə başçısının Türkiyəyə səfərini təkcə iqtisadi baxımdan deyil, o cümlədən strateji baxımdan da dəyərləndirmək lazımdır. Cənab prezidentin növbəti dəfə prezident seçildikdən sonra ilk səfərinin Türkiyəyə etməsi, məhz Azərbaycanın partnyor kimi bu ölkəni yüksək qiymətləndirməsindən xəbər verir. Bildiyiniz kimi, səfər çərçivəsində imzalanan müqavilələrin böyük əksəriyyətini iqtisadi sektorla bağlı müqavilələr təşkil edib. Bu kimi müqavilələrdə enerji sektoru ilə yanaşı digər sektorlara da müraciət edilib. Sözügedən anlaşmalar hər iki ölkənin iş adamlarına daha asan və yüngül şərtlərlə fəaliyyət göstərməyə imkan yaradacaq. Nəzərə alsaq ki, hər iki ölkə arasında kifayət qədər ciddi müqavilələr imzalanıb və bu kimi müqavilələr bundan sonra əlaqələrin daha da möhkəmlənməsi təmin edəcək. Türkiyə Azərbaycan üçün strateji baxımdan əhəmiyyətli ölkə olmaqla yanaşı həmçinin tranzit ölkəyə çevrilib. Birmənalı şəkildə bu gün Türkiyənin regionda və bölgədə rolunun artması onun Azərbaycanla əməkdaşlığının mövcudluğu ilə bağlıdır. Cənab prezidentin qardaş ölkəyə budəfəki səfəri ölkəmizin bundan sonra da Türkiyə ilə əməkdaşlığın yüksək səviyyədə inkişaf edərək davam edəcəyindən xəbər verir. Bildiyiniz kimi, Azərbaycan regionda Türkiyənin mövqeyinə xidmət edən bir ölkədir. Mən deyərdim ki, bu istiqamətdə Azərbaycanın əməyi yüksək qiymətləndirilməlidir.
- Vüqar müəllim, qeyd etdiniz ki, Türkiyə və Azərbaycan arasında bir sıra neft-qaz layihələri həyata keçirilib. Sizcə, gələcək illərdə də bu kimi layihələrin reallaşması gözlənilirmi?
- Artıq TAP layihəsinin reallaşması ilə bağlı iki ölkə arasında müqavilə imzalanıb. Nəzər alsaq ki, TAP və TANAP layihələrinin reallaşması 2018-ci ilə təsadüf edəcək və bu illər ərzində Azərbaycan və Türkiyə iqtisadiyyatına kifayət qədər böyük məbləğdə investisiya qoyacaq. Təsəvvür edin ki, yalnız TAP layihəsinin reallaşması üçün tələb olunan məbləğ 45 min milyard dollardır. Sözügedən məbləğ "Şahdəniz" layihəsinin ikinci hissəsinin istifadəsi üçün lazımdır. Bu investisiyanın əhəmiyyətli hissəsi Azərbaycan tərəfindən ödəniləcək. Təbii ki, həmin investisiyalardan qazanan tərəflərdən biri də Türkiyə olacaq. Eyni zamanda Azərbaycan da özünəməxsus mavi yanacağını Avropa bazarında əlverişli məbləğdə satma imkanına sahib olacaq. Azərbaycan birinci mərhələdə TAP layihəsi vasitəsi ilə Türkiyə üzərindən Avropa bazarına 10 milyard kub metr mavi yanacaq nəql etmək niyyətindədir. İkinci mərhələdə isə Azərbaycan mavi qaz nəqlini 20 milyard kub metrə qədər artıracaq. Azərbaycan Dövlət Neft şirkətinin sözügedən layihənin ötürmə qabiliyyətini 60 milyard kub metrə qədər artırılmasını nəzərdə tutur. Bu da onu deməyə əsas verir ki, bu kimi əməkdaşlıqlar iki ölkə arasında mövcud olan əlaqələri möhkəmləndirməklə yanaşı, onların Avropa bazarına çıxmasına əhəmiyyətli dərəcədə şərait yaradacaq. Bu layihə əsasında həmçinin Türkiyə tərəfi də uzun müddətli olaraq az miqdarda vəsait sərf etməklə Azərbaycan tərəfindən mavi qazla təmin olunacaq. Nəzərə alsaq ki, Rusiya Türkiyə bazarında dominant mövqeyə malikdir. Bu da təbii ki, Rusiyaya Türkiyə bazarında neftin qiymətini özü istədiyi şəkildə diktə etməyə imkan verirdi. Azərbaycan qazının Türkiyəyə daxil olması nəticəsində Rusiyanın Türkiyəyə mavi yanacaq nəql etməsi məsələsində yüksək məbləğ dikdə etməsinin qarşısı alınacaq. Bununla da, Türkiyə daha rahat və büdcəsinə uyğun şəkildə mavi yanacaqla təmin olunacaq.
- Bildiyiniz kimi, Azərbaycan Türkiyə iqtisadiyyatına 17 milyard dollar sərmayə qoymağı nəzərdə tutur. Sizin fikrinizcə, bu onu deməyə əsas verirmi ki, Azərbaycan xaricdə ən böyük sərmayəni qardaş ölkəyə qoyur?
- Azərbaycan artıq investisiya cəlb edən ölkədən daha çox investisiya yönəldən ölkəyə çevrilib. Nəzərə alsaq ki, Azərbaycan Mərkəzi və Şərqi Avropada kifayət qədər investisiyalar həyata keçirib. Bildiyiniz kimi, Azərbaycan Çexiya Xorvatiya, Polşa və digər ölkələrin iqtisadiyyatına böyük məbləğdə investisiya yönəldib. Azərbaycan nəyin ki, inkişaf etməkdə olan ölkələrin o cümlədən inkişaf etmiş ölkələrin iqtisadiyyatına investisiya qoyur. Onu da nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan digər ölkələrdən daha çox Türkiyənin iqtisadiyyatına investisiya qoymağa maraqlıdır. Buna səbəb də Azərbaycanın Türkiyə ilə qardaşlıq münasibətinə sahib olmasıdır.
- Vüqar müəllim, Azərbaycanla Türkiyə arasında mövcud olan iqtisadi əlaqələr regionda ölkəmizə təhlükəsizliyə təminat baxımdan nələr vəd edəcək?
- Təbii ki, iki ölkə arasında mövcud olan əlaqələr bunu deməyə əsas verir. Bu münasibət regionda sülhün və təhlükəsizliyin təminatı üçün olduqca zəruridir. Regionda mövcud olan əməkdaşlığa eyni zamanda Gürcüstan-Azərbaycan-Türkiyə əməkdaşlığı da daxildir. Bu əməkdaşlığın regionda vacibliyi haqda Gürcüstan tərəfi də dəfələrlə fikir bildirib. Hesab edirəm ki, Azərbaycan Gürcüstan iqtisadiyyatına ən çox investisiya qoyan ölkələrdən biridir. Onu da nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Gürcüstanda ən çox vergi ödəyən şirkətlərdəndir. Bu kimi strateji əhəmiyyətli münasibətlər regionda olduqca zəruridir. Eyni zamanda regionda donmuş bir sıra konfliktlərin həllində yardımçı olacaq. Təəssüflər olsun ki. Ermənistanın işğalçı mövqeyi regionda tam olaraq sülhün yaranmasına imkan vermir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB