Mixail Şvıdkoy: "Rusiyada anti-Azərbaycan əhval-ruhiyyəsinə yol vermək olmaz"
"Azərbaycanla münasibətlərimiz hansısa məqamlardan, xüsusən də kriminal hadisələrdən asılı deyil". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiya prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy deyib.
Onun sözlərinə görə, Rusiyanın Azərbaycanla münasibətlərə dair hər hansı sualı və şübhəsi yoxdur: "Azərbaycanla münasibətlər Rusiyanın xarici siyasətinin prioritetlərindən biridir. Bu siyasət hansısa məqamlardan, xüsusən kriminal hadisələrdən asılı deyil. Rusiyada çoxlu sayda azərbaycanlı, Azərbaycanda isə xeyli rus yaşayır. Biz bir-birimizdən asılıyıq. Bizim üçün millətlərarası sülh vacibdir. Ölkələrimiz arasında münasibətlər dayanıqlı və stabil xarakter daşıyır. Hərdən müəyyən insidentlər baş verə bilər, lakin bunlar ciddi xarakter daşımır".
M. Şvıdkoy vurğulayıb ki, Rusiyada anti-Azərbaycan və Azərbaycanda antirus əhval-ruhiyyəsinə yol vermək olmaz.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB