Elmira Süleymanova: "Orxan Zeynalovla bağlı Rusiyanın Ombudsmanına müraciət etmişəm"

Elmira Süleymanova: "Orxan Zeynalovla bağlı Rusiyanın Ombudsmanına müraciət etmişəm"

"Azərbaycan vətəndaşı, Rusiyada miqrant həyatı yaşayan Orxan Zeynalovla bağlı Rusiyanın Ombudsmanına müraciət etmişəm". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlaçasında Ombudsman Elmira Süleymanova deyib.

Onun sözlərinə görə, Rusiya parlamentində miqrantlarla bağlı məsələnin müzakirəyə çıxarılması təklif edilib: "Bundan əvvəl də Rusiyanın miqrasiya qanununda dəyişikliklər olanda, mən ora getmişdim. Orada qeyri-qanuni sənədləri düzgün olmayan miqrantların saxlanıldığı yerdə soydaşlarımızla görüşdük. Bugün də səfirimiz vasitəsilə bu əlaqələri saxlayırıq. Ümumiyyətlə, parlamentlə əlaqə saxlamaq mənim səlahiyyətimdə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə